İspaniya La Liqasında Madrid derbisi sayılan matçda “Atletiko Madrid” “Real Madrid”ı qəbul edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Real Madrid” 64-cü dəqiqədə Eder Militaonun qolu ilə hesabda önə çıxıb - 0:1.
68-ci dəqiqədə isə meydan sahiblərinin azarkeşləri tərəfindən meydana atılan əşyalar səbəbindən matç 20 dəqiqə dayandırılıb, oyunçular paltardəyişmə otağına göndərilib.
20 dəqiqədən sonra oyun qaldğı yerdən başlayıb.
Meydan sahibi 90+5-ci dəqiqədə Angel Korreain qolu ilə mğıubiyyətdən son anda xilas olub - 1:1.
Beləlikə, oyun bərabər hesabla başa çatıb - 1:1.
Qeyd edək ki, "Atletiko Madrid"də Markos Llorente 90+9-cu dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
Fərid Aslan
MİA.AZ