AZ

Madrid derbisi: 20 dəqiqə dayanan oyun, 2 qol, bir qırmızı kart...

İspaniya La Liqasında Madrid derbisi sayılan matçda “Atletiko Madrid” “Real Madrid”ı qəbul edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Real Madrid” 64-cü dəqiqədə Eder Militaonun qolu ilə hesabda önə çıxıb - 0:1.

68-ci dəqiqədə isə meydan sahiblərinin azarkeşləri tərəfindən meydana atılan əşyalar səbəbindən matç 20 dəqiqə dayandırılıb, oyunçular paltardəyişmə otağına göndərilib. 

20 dəqiqədən sonra oyun qaldğı yerdən başlayıb.
 
Meydan sahibi 90+5-ci dəqiqədə  Angel Korreain qolu ilə mğıubiyyətdən son anda xilas olub - 1:1.

Beləlikə, oyun bərabər hesabla başa çatıb - 1:1.

Qeyd edək ki, "Atletiko Madrid"də  Markos Llorente 90+9-cu dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Fərid Aslan
MİA.AZ

Seçilən
27
1
mia.az

2Mənbələr