RU

Bakıda dava düşüb: Bıçaqlananlar var

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.
 
Hadisə Binə qəsəbəsində qeydə alınıb.
 
Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib.
 
Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.
 
Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.
 
Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır.
 
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.(apa.az)
Избранный
16
27
moderator.az

10Источники