AZ

Bakıda dava düşdü: Bıçaqlananlar var- YENİLƏNİB

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, sentyabrın 29-da saat 23 radələrində paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakinləri 1997-ci il təvəllüdlü Nicat Hüseynovun və 1990-cı il təvəllüdlü Zaur Sultanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bir-birilərinə kəsici alətlə xəsarətlər yetirmələri barədə polisə məlumat daxil olub.

"Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə xidmət rəsmisi bildirib.

(oxu.az)

***

Bakının Xəzər rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Binə Sovxoz ərazisində yaşayan 1997-ci il təvəllüdlü Nicat Hüseynov tanışı 1990-cı il təvəllüdlü Zaur Sultanovla əlbəyaxa dava edib.

Dava zamanı hər iki şəxs bir-birinə bıçaq zərbələri vurub.

Yaralanan N.Hüseynov və Z.Sultanov xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, Z.Sultanovun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Seçilən
1
20
avtosfer.az

10Mənbələr