RU

PSJ "Renn" üzərində inamlı qələbə qazandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın "Liqa 1"in 2024/2025 mövsümünün 6-cı turunun "Pari Sen-Jermen" (PSJ) və "Renn" komandalarının qarşılaşdığı matç başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Parisin "Park de Prens" stadionunda baş tutub. Görüşü Hakim Ben Əl-Hacın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. PSJ 3:1 hesabı ilə qalib gəlib.
Matçda hesabı 30-cu dəqiqədə PSJ-nin hücumçusu Bredli Barkola açıb. Daha sonra 58-ci dəqiqədə Li Kan İn meydan sahiblərinin fərqini artırıb. 68-ci dəqiqədə Barkola matçda dubla imza atıb. "Renn"in heyətində hücumçu Arno Kalimuendo 75-ci dəqiqədə bir qol vurub.
PSJ keçirdiyi altı matçdan sonra 16 xalla "Liqa 1"in turnir cədvəlində birinci yerdədir, "Renn" isə eyni sayda oyundan sonra 7 xal toplayaraq, səkkizinci yerdə qərarlaşıb.
Избранный
15
3
oxu.az

4Источники