AZ

"Arsenal" "Mançester Siti" üzərində qələbəni əldən verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərə Premyer Liqasının V turunun "Mançester Siti" və "Arsenal" komandaları arasında keçirilən oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Mançesterdəki "Etihad" stadionunda baş tutub.
Matçı Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Qarşılaşma heç-heçə başa çatıb - 2:2.
Doqquzuncu dəqiqədə "Mançester Siti"nin hücumçusu Erlinq Holand hesabı açıb. 22-ci dəqiqədə "Arsenal"ın müdafiəçisi Rikkardo Kalafyori hesabı bərabərləşdirib. 45+1-ci dəqiqədə qolu qonaqların müdafiəçisi Qabriel Maqalyans vurub. 90+8-ci dəqiqədə Con Stouns fərqlənərək görüşdə yekun hesabı müəyyənləşdirib - 2:2.
İngiltərə Premyer Liqasının V turundan sonra "Mançester Siti" 13 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Arsenal" 11 xalla dördüncü yerdədir.
Seçilən
44
3
oxu.az

8Mənbələr