İranın xarici işlər naziri Abbas Əraqçı prezident Məsud Pezeşkianın İsraillə münasibətlərdə gərginliyi azaltmağa hazır olmasına dair açıqlamasını təkzib edib.
Bakıvaxtı.az "Azad İran"-a istinadən xəbər verir ki, "Prezident Məsud Pezeşkian heç vaxt belə bəyanatlar verməyib", - deyə iranlı diplomat vurğulayıb.
Abbas Əraqçı qeyd edib ki, İran hökuməti İsrailin Livana son hücumunu cavabsız qoymayacaq və Livanı dəstəkləyəcək.