17 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə lizinq şirkəti "Hermes Finance” ASC-nin 150 min manatlıq səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmib.
Birjanın yaydığı məlumata görə, qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
17 sentyabr 2024-cü il tarixindən başlayaraq 19 sentyabr 2024-cü il tarixinə kimi 3 gün ərzində "Hermes Finance” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 20 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Hermes Finance” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1001020523
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 500 (ədəd)
İlkin ticarət qiyməti: 300 manat
Buraxılış həcmi: 150 000 manat
Anderrayter: “Assist Finance İ.Ş.” ASC
Ticarətə buraxılma tarixi: 20.09.2024