RU

Türkiyə mətbuatı, 17 sentyabr 2024

 

“Haber Türk”: Ərdoğan süni intellekt mahnısı "Boykot"la Fələstini dəstəkləyir

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan süni intellektlə yaratdığı “Boykot” mahnısını paylaşaraq Fələstinə dəstək olub. Ərdoğan "Onların nəcib və şərəfli müqavimətini hər zaman dəstəkləməyə davam edəcəyik" deyib.

“Vatan”: Türkiyə PUA bazarında lider ölkə oldu

  Son illər dünya ordularının TB2, Akıncı və ANKA kimi Türkiyə PUA-larına marağı artıb. Yeni Amerika Təhlükəsizlik Mərkəzinin apardığı araşdırmalar Türkiyənin 2021-ci ildən bu yana silahlı pilotsuz uçuş aparatları sənayesində lider ölkə olduğunu ortaya qoyub.

“Star”: Türkiyə rəqibi “Starlink”ə gəlir

  Türkiyənin “Baykar” şirkəti idarə heyətinin sədri Səlcuq Bayraktar Elon Maskın “Starlink” layihəsində olduğu kimi, milli GPS üçün aşağı orbitə peyk qrupu göndərəcəklərini açıqladı. Hər şeyin hazır olduğunu bildirən Bayraktar “Hədəf 100 peykdir” deyib.

“Hürriyet”: PTT dünyada 210-dan çox nöqtəyə göndərir

  Türkiyənin Nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu Poçt və Teleqraf Təşkilatı – PTT-nin dünyanın 210-dan çox nöqtəsinə beynəlxalq poçt və yük göndərdiyini bildirib.

“Yeni Şafak”: Türkiyənin ən böyük gölündə ən böyük kəşf

  Təxminən 18 metr uzunluğunda dünyanın ən böyük mikrobialitinin təsbit edildiyi Van gölündə yeni kəşf edilib: uzunluğu 34 metr 60 santimetr olan mikrobialit tapılıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
50
trt.net.tr

10Источники