AZ

"Türkiyə inşaat sektorunda 243 şirkətlə ikinci yerdədir", R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin inşaat sektorunda 243 şirkət ilə dünyada ikinci sırada olduğunu bildirdi.

  Paytaxt Ankarada Xarici İnşaatçılıq Xidmətləri Uğur Mükafatları” mərasimində danışan Ərdoğan "Türkiyə inşaat sektorunun dünyadakı uğuru ölkə iqtisadiyyatının və insan resurslarının nə qədər güclü olduğunu" göstərdiyini qeyd edib.

  Türkiyə prezidenti ölkənin dünyada 243 firma ilə təmsil olunduğunu bildirərək “Firma sayı baxımından Çindən sonra ikinci yerdəyik, gəlir sırasına görə isə ilk 8 ölkədən biriyik” deyib.

  Ərdoğan "inşaat şirkətlərinin xaricdəki uğurunun yalnız iqtisadiyyata deyil, Türkiyənin nüfuzuna da töhfə verdiyini" vurğulayıb: "Bu gün Türkiyə məhsullarının daxil olmadığı demək olar ki, heç bir ölkə qalmayıb. Beynəlxalq sərmayələrdə 270 milyard dollar həddinə yaxınlaşdıq. Türkiyə 261 xarici təmsilçiliklə dünyanın ən geniş 3-cü şəbəkəsinə malikdir. 

  Dünyanın ən böyük 5 iqtisadiyyatından 3-nün olduğu Asiya-Sakit Okean və Hind Okeanı bölgəsi ilə əməkdaşlığımızı gücləndirməkdən daha təbii bir şey ola bilməz. Əməkdaşlığımızı bütün ölkələrlə inkişaf etdirmək istəyirik.” 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
trt.net.tr

10Mənbələr