AZ

Qərblə Şərq arasında qalan Türkiyə: Ankara seçim etməyəcək

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ankaranın BRİKS və ŞƏT ilə əlaqələrini genişləndirmək niyyətindən danışıb.

O qeyd edib ki, Türkiyə bütün tərəflərlə əməkdaşlığı inkişaf etdirmək istəyir. Ərdoğan bildirib ki, Türkiyə üzü Qərbə olmasına baxmayaraq, Şərqdən dönməyəcək və Şərqlə əlaqələr qurmaqda davam edəcək.

Prezident vurğulayıb ki, Asiya, Sakit okean regionu və Hindistan coğrafiyasında dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları ilə əlaqələrin möhkəmləndirilməsi tamamilə təbii prosesdir.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
editor.az

10Mənbələr