RU

Göygöldə yük maşını qəza törədib, xəsarət alanlar var VİDEO

Göygöl, 15 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Göygöldə yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı - Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan TIR markalı yük maşını idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1983-cü il təvəllüdlü Ceyhun Məmmədov və 1973-cü il təvəllüdlü Vidadi Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
16
azertag.az

10Источники