Bakı-Qazax magistral yolunun Göygöldən keçən hissəsində qəza olub.

Leqal.info xəbər verir ki, hərəkətdə olan "TIR" markalı yük maşını idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 2 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar 1983-cü il təvəllüdlü Ceyhun Məmmədov və 1973 -cü il təvəllüdlü Vidadi Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info