AZ

Göygöldə yük maşını dəmir arakəsməyə çırpılıb, xəsarət alanlar var

Göygöldə yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə Bakı - Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan TIR markalı yük maşını idarəetmədən çıxaraq dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1983-cü il təvəllüdlü Ceyhun Məmmədov və 1973-cü il təvəllüdlü Vidadi Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
16
xezerxeber.az

10Mənbələr