RU

Qlaf Şolzun Ukrayna üçün sülh planı: ölkənin bir sıra əraziləri Rusiyaya verilsin

Almaniya kansleri Olaf Şolz Ukraynada sülh yolu ilə nizamlanma planı hazırlayır.

Editor.az xəbər verir ki, bu barədə “La Repubblica” mənbəyə istinadən yazıb.

Onun sözlərinə görə, bu plan əvvəllər Ukraynaya məxsus olan ərazilərin bir hissəsinin Rusiyaya verilməsini istisna etmir. İddia olunur ki, kansler, o cümlədən regional seçkilərdəki uğursuzluqdan sonra öz mövqeyini möhkəmləndirmək üçün “Ukrayna kartı ilə oynamaq” istəyir. Müxalif Xristian Demokrat İttifaqı da onu Ukraynadakı münaqişəyə son qoymağın yollarını tapmağa sövq edir. Qarşıdan gələn planın təfərrüatları verilmir.

Dünən, sentyabrın 8-də cənab Şolz bildirib ki, o, Ukraynada hərbi münaqişəyə son qoyulması ilə bağlı müzakirələrin mümkün qədər tez başlamasını zəruri hesab edir. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası 2022-ci ildə əldə edilmiş İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara razıdır. Ukrayna prezidenti Vladimir Zelenski iə sentyabrda ABŞ prezidenti Co Baydenə Ukraynanın Rusiya ilə döyüş zonasında yeni fəaliyyət planını təqdim etməyi planlaşdırıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
81
42
editor.az

10Источники