AZ

Almaniya kanslerinin Ukrayna ilə bağlı sülh planı ortaya çıxdı- planda Ukrayna ərazilərinin Moskvaya verilməsi variantı da var...

Image

Almaniya kansleri Olaf Şolts Ukraynada münaqişənin həlli ilə bağlı plan hazırlayır. İtaliyanın “La Repubblica” qəzeti Almaniya hökumətinə və Sosial-Demokrat Partiyasına yaxın mənbəyə istinadən xəbər verir ki, planda Ukraynanın ərazi güzəştlərinə gedə biləcəyi də qeyd olunur.

Bildirilir ki, Şoltsun planında “Ukrayna ərazisinin bir hissəsinin Moskvaya verilməsi” variantı da var.

İtaliya nəşrinin məlumatına əsasən, regional və Avropa seçkilərindəki uğursuzluqdan sonra Almaniya kansleri öz mövqelərini möhkəmləndirmək üçün “Ukrayna kartı ilə oynamaq” istəyir. Qeyd edilir ki, uğursuzluqlardan məyus olan Şolts “sülh baş naziri” kimi adını tarixə yazdırmaq istəyir.

Nəşr onu da qeyd edir ki, müxalifət “Xristian-Demokratik İttifaqı” da onu münaqişəyə son qoymaq yollarını axtarmağa sövq edir.

Bundan əvvəl Şolts Ukraynada münaqişənin sülh yolu ilə həllini müzakirə etməyin vaxtının yetişdiyini deyib. Onun fikrincə, Ukraynada böhranın həlli üçün Rusiyanın da iştirak etməli olduğu yeni sammit keçirilməlidir.

Qeyd edək ki, ötən həftə Şoltsla görüşən, daha sonra Çernobio Forumunda iştirak üçün İtaliyaya gedən Ukraynanın Prezidenti Zelenski müəyyən plan hazırladığını bəyan edib. O, bu planı ABŞ-ın hazırkı prezidenti Co Bayden və ABŞ prezident seçkilərinin hər iki namizədi – Donald Tramp və Kamala Harrisə təqdim edəcəyini bildirib.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
42
baki-xeber.com

10Mənbələr