RU

Sabunçuda baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu Ə.Məmmədəliyev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirlikdən Yeniazerbaycan.com-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
120
50
yeniazerbaycan.com

10Источники