AZ

Sabunçuda ağaclıq sahədə baş vermiş yanğın söndürüldü

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu Ə.Məmmədəliyev küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Avtosfer.az xəbər verir ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. 

Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər  yanğından mühafizə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
avtosfer.az

10Mənbələr