RU

Nagelsman Pavloviçin debüt matçından danışdı

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman millinin debütantı Aleksandar Pavloviçin oyunu haqda təəssüratını paylaşıb.

Arena.az alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Pavlo” əla oyun keçirdi və dərhal üstünlük saxlamağa başladı. O, “altılıq” mövqeyində görmək istədiklərimin çoxunu təcəssüm etdirir. Bundan əlavə, o, yumor hissi olan və qələbəyə susayan soyuqqanlı oğlandır. Bu, mənim çox xoşuma gəlir”, deyə Nagelsman bildirib.

Xatırladaq ki, Pavloviç bundestimin UEFA Millətlər Liqasının 1-ci turunun Macarıstan yığması ilə oyununda 60-cı dəqiqədə meydana daxil olub və 77-ci dəqiqədə qolla fərqlənib. Bu, onun bundestimin heyətində ilk rəsmi oyunu olub.

Aleksandar Pavloviç futbolda ilk addımlarını “Fürstenfeldbruk” klubunda atıb və buradan “Bayern”in futbol akademiyasına yol taparaq, tərəqqisinə davam edib. “Bayern” 2023-cü ilin noyabrında “dayaqçı”sını əsas komandaya keçirib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Pavloviç “Bayern”in heyətində bütün yarışlarda 22 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Cari mövsümdə isə o, Münhen təmsilçisinin heyətində 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Aleksandar Pavloviç 2024-cü ilin iyununda Almaniya yığmasında debüt edib. O, həmin vaxt Ukrayna yığması ilə yoxlama oyununda meydanda 19 dəqiqə keçirib, məhsuldar fəaliyyət göstərməyə isə macal tapmayıb.

Aleksandar Pavloviçin qənimətlər muzeyində “Bayern”lə 2023/2024-cü illər mövsümündəki Almaniya Bundesliqasının çempionluğu var.

“Transfermarkt” internet-portalı 20 yaşlı almaniyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
102
8
arena.az

10Источники