RU

ABŞ təşviş içərisində: Türkiyə bu təşkilata üzv olacaqmi?

Vaşinqton Türkiyənin BRİKS-ə üzv olmağa çalışmasından ehtiyat edir.

Publika.az xəbər verir ki, bu barədə amerikalı jurnalist Cekson Hinkl "RİA Novosti" ilə söhbətində bildirib.

Agentliyin həmsöhbəti xatırladıb ki, Türkiyə əhəmiyyətinə görə ABŞ-dan sonra ikinci olan Şimali Atlantika Alyansının əsas üzvüdür.

"Və onların indi BRİKS-ə qoşulmağı düşünmələri faktı... Birləşmiş Ştatlar bundan şübhəsiz təşvişə düşüb", - Hinkl qeyd edib.

Eyni zamanda o, Ankaranın siyasətinin çoxvektorlu xarakterini qeyd edib və əlavə edib ki, Türkiyənin BRİKS-ə daxil olmasına yalnız faktiki olaraq baş verəndə inanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
107
26
publika.az

10Источники