AZ

ABŞ təşviş içərisində: Türkiyə bu təşkilata üzv olacaqmi?

Vaşinqton Türkiyənin BRİKS-ə üzv olmağa çalışmasından ehtiyat edir.

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist Cekson Hinkl "RİA Novosti" ilə söhbətində bildirib.

Agentliyin həmsöhbəti xatırladıb ki, Türkiyə əhəmiyyətinə görə ABŞ-dan sonra ikinci olan Şimali Atlantika Alyansının əsas üzvüdür.

"Və onların indi BRİKS-ə qoşulmağı düşünmələri faktı... Birləşmiş Ştatlar bundan şübhəsiz təşvişə düşüb", - Hinkl qeyd edib.

Eyni zamanda o, Ankaranın siyasətinin çoxvektorlu xarakterini qeyd edib və əlavə edib ki, Türkiyənin BRİKS-ə daxil olmasına yalnız faktiki olaraq baş verəndə inanacaq.

Bundan əvvəl bildirilmişdi ki, Ankara BRİKS-ə tamhüquqlu üzvlük üçün ərizə təqdim edib və bu, assosiasiya ölkələrinin müzakirəsinə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
26
olaylar.az

10Mənbələr