AZ

Türkiyə NATO-dan çıxacaq, bu təşkilata üzv olacaq

Türkiyə yaxın illərdə mütləq NATO-dan çıxacaq - ya öz təşəbbüsü ilə, ya da ittifaqdan məcburi şəkildə çıxacaq.

Publika.az xəbər verir ki, bu iddia ilə Ankaranın BRİKS-ə qoşulmaq niyyətini şərh edən türkiyəli politoloq Serhat Lətifoğlu çıxış edib.

"Bu, mütləq baş verəcək, biz bunu yaxın gələcəkdə görəcəyik", - analitik bildirib.

Eyni zamanda Lətifoğlu qeyd edib ki, Türkiyə BRİKS-ə qoşularsa, bu, NATO ölkəsinin təşkilata üzv olmasının görünməmiş nümunəsinə çevriləcək.

"BRİKS və Türkiyənin xarici siyasət və iqtisadiyyatla bağlı əsas prinsipləri tamamilə eynidir", - o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
18
publika.az

9Mənbələr