RU

Putin: "Avropa ölkələri tənəzzülün astanasındadır və vəziyyət daha da pisləşəcək"

"Bir çox Avropa ölkələri tənəzzülün astanasındadır və vəziyyət daha da pisləşəcək".

Valyuta.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında deyib.

"Biz Avropa ölkələrində baş verənləri görürük, onların çoxu tənəzzül astanasındadır və vəziyyət daha da pisləşəcək", deyə Rusiya lideri bildirib.

Dövlət başçısı vurğulayıb ki, Rusiya ehtimal olunan itkilərə baxmayaraq, problemlərini həll edəcək. Putin qeyd edib ki, Rusiya Federasiyası ilə əməkdaşlıq etmək istəməyənlər itkilər verəcəklər.

Prezident onu da vurğulayıb ki, enerji resurslarını Avropaya tədarük edənlər ilk növbədə öz milli maraqlarını düşünürlər.

IX Şərq İqtisadi Forumu sentyabrın 3-dən 6-dək Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçirilir. Tədbir Uzaq Şərq iqtisadiyyatının inkişafı, eləcə də Asiya-Sakit okean regionunda beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün aparıcı platforma hesab olunur. Builki forumun əsas mövzusunun "Uzaq Şərq - 2030. Gəlin, imkanlar yaradaq, gücümüzü birləşdirək" olacağı planlaşdırılır.

Sentyabrın 5-də Rusiya prezidenti forumun əsas tədbirini - plenar iclası açıb. Rusiya lideri ardıcıl ikinci gündür ki, WEF tədbirlərində iştirak edir.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
114
50
valyuta.az

10Источники