AZ

İrana sərt xəbərdarlıq: “Bu addımın nəticəsi dramatik olacaq”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi xəbərdarlıq edir ki, İranın Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanı ballistik raketlərlə təmin etmək üçün istənilən addımı dramatik eskalasiyaya gətirib çıxaracaq. Amma Ukrayna artıq bunun baş verdiyini deyir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

ABŞ mənbələrinə görə, bu, Moskva və Tehran arasında getdikcə daha da sıxlaşan əməkdaşlığın bir hissəsidir. Molla rejimi artıq Rusiyaya çoxlu sayda kamikadze PUA-ları, döyüş sursatları və artilleriya mərmiləri təhvil verib.

Qərb rəsmiləri uzun müddətdir İranın Rusiyaya ballistik raketlər tədarük etməyə başlaması ehtimalı barədə xəbərdarlıq ediblər.

Böyük Britaniya kəşfiyyatının (MI-6) rəhbəri Riçard Mur da İran Rusiyaya ballistik raketlər tədarük etməyə başlasa, istifadə etdikdən sonra bunları gizlətməyin mümkün olmayacağını açıqlayıb.

“Döyüş meydanında nəsə olsa, bu, çox tez aydın olacaq. Bunlar partlayır, dinc ukraynalıları öldürür, onların infrastrukturunu məhv edir, İran bu yolu seçir”, - Mur vurğulayıb.

Məlumatda qeyd olunur ki, İranın ballistik raket tədarükü təsdiq olunarsa, ABŞ, Britaniya və digər Qərb müttəfiqləri əlavə sanksiyalarla cavab tədbirləri görəcəklər.

“Belə bir addım həm də Ukraynaya nəhayət Qərbin uzaqmənzilli raketlərindən, məsələn, Britaniyanın “Storm Shadow” qanadlı raketlərindən Rusiya ərazisindəki hədəflərə qarşı istifadəsinə icazə verilib-verilməməsi qərarını dəyişdirə bilər. Moskvanın cavabı ilə bağlı qorxular indiyədək icazənin verilməsinə mane olub”, - məqalədə bildirilir.

MKİ-nin direkoru Bill Börns vurğulayıb ki, Qərb müttəfiqləri hər hansı eskalasiya ilə bağlı Rusiyanın hədə-qorxularından çəkinməməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
20
teleqraf.com

10Mənbələr