AZ

"Avropa İttifaqı və ABŞ imperiyasının sonu çatıb" - "Haber7"

Rusiya prezidenti Vladimir Putin Vladivostok şəhərində Şərqi İqtisadi Forumda çıxışında müxtəlif mövzulara toxunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin 'Haber7" nəşri yazıb. Portalın oxucuları Avropa İttifaqı və ABŞ-ın devrilməsi təşəbbüsünə tam dəstək verib.
 
"Telegram" barədə bəyanat: hamının günahı var
 
"Telegram"ın təsisçisi və rəhbəri Pavel Durovun Fransada həbsini "anlaşılmaz" adlandıran Rusiya lideri deyib: "Bir çox ölkələrin "Teleqram"dan hansısa qurumlar tərəfindən  iqtisadiyyata və ya təhlükəsizlik sahəsinə zərər vura biləcək tərzdə istifadə edilməsi iradlarını nəzərə alsaq, bu cür qüsurlara bütün platformalar yol verir". Dovlət başçısı deyib ki, bir çox illər öncə Durovla görüşüb və Rusiyanın ona iradları yoxdur.
 
Ukrayna ilə təbii qaz tranziti üzrə Müqavilə
 
Ukrayna ilə təbii qaz tranziti üzrə bu ilin sonunadək müddəti bitən müqavilədən danışarkən Putin bəyan edib ki, əgər Ukrayna müqavilənin müddətini uzatmazsa, Avropaya tədarük azalacaq, amma bu, "onların öz seçimidir". Rusiyanın Avropaya tədarükünün müxtəlif marşrutlarla həyata keçiriləcəyini izah edən Putin deyib: "Tədarüklər digər marşrutlarla, o cümlədən "Türkiyə axını", ola bilsin ki, qismən Türkiyədəki "Mavi axın" vasitəsilə də ola bilər, hərçənd, bu, daxili istehlak üçündür". 
 
"Almaniya təbii qazı Türkiyədən ala bilər"
 
Rusiya lideri vurğulayıb ki, Almaniya Ukrayna və Türkiyədən təbii qaz əldə edə bilər, amma Baltik dənizinin dərinliyindən keçən "Şimal axını"ndan əldə edə bilməz. "Zənnimcə, bu, hansısa peşəkar dezinformasiya, şizofreniya, sadəcə, cəfəngiyyatdır. Nəyə görə? İstəmirlər, heç lazım da deyil. Biz dünyanın digər regionlarına tədarükümüzü artıracağıq".
 
"Qiymətlər göyə qalxacaq"
 
Rusiya prezidentinin sözlərinə görə, gələn ildən Rusiya Çinə "Sibirin gücü" marşrutu ilə ildə 38 milyard kub metr qaz tədarük edəcək, digər marşrutlar da işlənir. "Təsəvvür edək ki, günü sabah götürüb hər şeyi bağladılar. Qazımızı, neftimizi və s., - Rusiya lideri qeyd edib. - Lakin dünya iqtisadiyyatı buna tab gətirməyəcək. Qiymətlər, sadəcə, göyə qalxacaq, amma yenə də alacaqlar. Bunsuz mümkü  deyil. Məsələ bundadır. Rusiyanın enerjidaşıyıcılarından imtina etmək barədə bəyanatlar verənlər böyük ağıl sahibi deyil".
 
Rusiya iqtisadiyyatının vəziyyəti
 
Putin Rusiya iqtisadiyyatına qiymət verərkən qeyd edib ki, ölkəsi ticarətdə dollardan imtina etməyib, Rusiya ilə dollarla hesablaşmalardan imtina edilib. BRIKS ölkələri ilə ticarətin 65 faizi milli valyutalarla həyata keçirilir, Putin vurğulayıb. "Bu, təbii prosesdir, 30-dan artıq ölkə BRIKS ilə əməkdaşlıq etmək və bu birliyə qoşulmaq istəyir", - dövlət başçısı əlavə edib. Birinci yarımildə Rusiya iqtisadiyyatı 4, 6 faiz artıb, ötənilki göstəricinin 3, 6 faiz artacağı gözlənilir, Putin məlumat verib.
 
Müəllif: Özgür Gündüz
 
Oxucuların şərhləri:
 
Qonaq: "Zənnimcə, ABŞ üçün diz çökməyin zamanı çoxdan yetişib".
 
Qonaq: "Bravo, Putin qardaşımız, mən Sizi sevirəm".
 
Efe 24: "Avropa Amerikanın quluna çevrilib və öz ayağına güllə vurur. Obama prezident olanda deyib: "Almaniya 1945-ci ildən bizim işğalımız aıtındadır".
 
Tamara: "Putin kimi liderlər daha yoxdur, o, çox ağıllı adamdır, həmişə Türkiyəni müdafiə edir. Məhz o, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdi barədə məlumat verib. Putin, mən səninlə fəxr edirəm".
 
Adam: "Qərb enerjiyə çıxış əldə edə bilməsə və ya bahalı enerji almağa məcbur olsa, o zaman həqiqətən dünya savaşı qaçılmaz olacaq. Tarixə nəzər salsaq görərik ki, dünya savaşları məhz Avropada baş qaldırıb, bu zaman əsas səbəblər iqtisadiyyat olub".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
50
moderator.az

10Mənbələr