ABŞ-ın keçmiş prezidenti və hazırkı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Ukraynada sülhə nail olmaq üçün çox dəqiq planı var.
Publika.az xəbər verir ki, siyasətçi bunu Lex Fridmanın "YouTube" kanalına müsahibəsində deyib. Lakin həmin planın təfərrüatlarını açıqlamaqdan imtina edib.
Prezidentliyə namizəd vurğulayıb ki, bu planların gücü və effektivliyi sürpriz və gözlənilməzlikdədir. Bu səbəbdən heç bir təfərrüat verə bilməz.
Bundan əvvəl Tramp bildirib ki, Ukrayna da daxil olmaqla, digər ölkələrə silah ötürülməsi ABŞ-ı həssas vəziyyətə salıb.