Polşa Almaniyadan təzminat tələbini İkinci Dünya Müharibəsinin 85-ci ildönümündə, 1 sentyabr, Almaniyanın ölkəyə hücumunun ilk günü anma mərasimində təzələyib.
7NEWS.az xəbər verir ki, Polşa prezidenti 85 il əvvəl sentyabrın 1-də faşist Almaniyasının Polşa sərhədlərinə daxil olması ilə başlayan İkinci Dünya Müharibəsinə görə yenidən Almaniyadan təzminat tələb edib. 1 sentyabr 1939-cu ildə Almaniyanın bombardmanının ilk mülki hədəfi olan Wielun qəsəbəsində keçirilən mərasimdə Polşa prezidenti Andrzej Duda və Almaniyanın Polşadakı səfiri Robert Rohde iştirak edib.
7NEWS.az