AZ

Xarkova yenidən hava hücumu olub

Xarkov yenidən Rusiya silahlı qüvvələrinin atəşinə məruz qalıb.

Herbiand.az xəbər verir ki, bu barədə sentyabrın 2-nə keçən gecə şəhərin meri İqor Terekov və Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov öz Telegram kanallarında məlumat veriblər.

Məlumata görə, “Şahed” tipli pilotsuz təyyarələrdən biri şəhərin Kiyevski rayonunda şəxsi yaşayış binasına düşüb. Sinequbov yazır ki, 66 yaşlı qadın xəsarət alıb.

İkinci pilotsuz təyyarənin vurulması Slobodski rayonunda “təhsil müəssisəsinin yaxınlığında” qeydə alınıb. “Digər mülki infrastruktura” da ziyan dəyib. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.

Region administrasiyasının rəhbəri bildirib ki, artıq səhər saatlarında rus qoşunları Xarkovun Sənaye rayonuna zərbələr endirib.

Bir gün əvvəl, bazar günü, sentyabrın 1-də Rusiya ordusu Xarkova ümumilikdə "təxminən 10 zərbə" endirdi. Həmin gün Ukrayna prezidenti Vladimir Zelenski şəhərə hücum nəticəsində qurbanların sayının 50 nəfərə yaxın olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
28
herbiand.az

10Mənbələr