AZ

Qarabağda və Şərqi Zəngəzurda KSES-lərin yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılacaq

“AzərEnerji” ASC Qarabağda və Şərqi Zəngəzurda üç Kiçik Su Elektrik Stansiyasının (KSES) yenidən qurulmasına və altı KSES-in inteqrasiyasına 40,5 milyon manatdan çox vəsait sərf edəcək.

Vətəninfo.az bu barədə Dövlət satınalmaları dövlət portalına istinadən xəbər verir.

Məlumata görə, “AzərEnerji” podratçı şirkətlə – “Azconstruction” QSC ilə “Qozlu Korpu”, “Şeylanli”, “Aşagı Malibəyli” kiçik su elektrik stansiyalarının yenidən qurulması və altı kiçik su elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün müqavilə bağlayıb. Bu şirkət müvafiq tenderin nəticələrinə əsasən podratçı kimi seçilib.

Müqavilənin dəyəri 40 milyon 507 min 432,49 manatdır.

Müqavilənin dəyəri 40 milyon 507 min 432,49 manatdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
28
veteninfo.az

10Mənbələr