RU

Şamil Ayrım: Bütöv Azərbaycanda parlament seçkilərinin keçirilməsi Türkiyə üçün çox əhəmiyyətlidir

“Bu gün ilk dəfə işğaldan azad edilmiş torpaqlar da daxil olmaqla, bütöv Azərbaycanda parlament seçkilərinin keçirilməsi Türkiyə üçün çox əhəmiyyətlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

    TBMM-in 13 deputatı ilə birgə 16 saylı Yasamal İkinci seçki dairəsinin 34 saylı məntəqəsini ziyarət edən Ş. Ayrım seçkidəki aktivliyi yüksək qiymətləndirib:

    “Türkiyə heyəti olaraq məqsədimiz odur ki, şəffaf və demokratik seçki keçirilsin. Hal-hazırda olduğumuz seçki məntəqəsində müşahidələr əsasında demək mümkündür ki, arzuladığımız ab-hava var. Xüsusən, qadınların və gənclərin seçkidə aktivliyi bizi olduqca məmnun edir. Heyətimiz adından bütün namizədlərə uğurlar arzu edirəm”.

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Избранный
    93
    11
    bakivaxti.az

    10Источники