“Bu gün ilk dəfə işğaldan azad edilmiş torpaqlar da daxil olmaqla, bütöv Azərbaycanda parlament seçkilərinin keçirilməsi Türkiyə üçün çox əhəmiyyətlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
TBMM-in 13 deputatı ilə birgə 16 saylı Yasamal İkinci seçki dairəsinin 34 saylı məntəqəsini ziyarət edən Ş. Ayrım seçkidəki aktivliyi yüksək qiymətləndirib:
“Türkiyə heyəti olaraq məqsədimiz odur ki, şəffaf və demokratik seçki keçirilsin. Hal-hazırda olduğumuz seçki məntəqəsində müşahidələr əsasında demək mümkündür ki, arzuladığımız ab-hava var. Xüsusən, qadınların və gənclərin seçkidə aktivliyi bizi olduqca məmnun edir. Heyətimiz adından bütün namizədlərə uğurlar arzu edirəm”.