RU

Müəllimlərin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə başlanılıb

Müəllimlərin

Bakı, 30 avqust, AZƏRTAC

Avqustun 30-dan müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminə başlanılıb. Namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 2 sentyabr saat 11:00-da başa çatacaq.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edir.

Избранный
119
2
azertag.az

10Источники