AZ

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi BAŞLADI

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi bu gün saat 11:00-dan etibarən başlayıb.

Bu barədə Gundem.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.

Namizədlərə vakansiya seçimi etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaları tövsiyə edilib.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 2 sentyabr saat 11:00-da başa çatacaq.  (Sfera.az)

 

Seçilən
86
2
gundem.az

10Mənbələr