RU

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolum səviyyəsi 90,5%-i ötüb

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolum səviyyəsi 90,54%-ə çatıb.

Bu barədə Fins.az Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Bu göstərici son beş il ərzində bu tarix üçün orta səviyyədən 7,93 faiz bəndi yüksəkdir. Hazırda anbarlarda saxlanılan qazın ümumi həcmi 99,72 milyard kubmetr təşkil edir.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazı nəql edilməyə başlanılıb.

Fuad Mədətov
Fins.az

Избранный
147
14
fins.az

10Источники