AZ

Aİ-də qaz anbarlarının ehtiyatları 103 mlrd. kubmetri ötüb

Avropa İttifaqında yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi 93%-i ötüb.

Bu barədə “APA-Economics” Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasına (Gas Infrastructure Europe, GIE) istinadən xəbər verir.

Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 93,09% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 6,53 faiz bəndi çoxdur.

Qeyd olunub ki, hazırda anbarlardakı qazın ümumi həcmi 103,14 mlrd. kubmetrə yaxındır.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
59
4
apa.az

10Mənbələr