EN

Cəlal Hüseynov Varnada bir hissə oynadı, komandası…

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Bolqarıstan çempionatında 2024/2025 mövsümünün 5-ci turunun oyunları keçirilib.

Azərbaycanlı futbolçunun komandası bu turda Varna “Spartak”ı ilə qarşılaşıb. Səfərdə baş tutan bu oyun “Arda”nın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Hüseynov bu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 39 rəsmi oyuna çıxıb, 1 qol vurub.

“Arda” 5 turdan sonra 6 xalla 16 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Chosen
28
4
arena.az

6Sources