AZ

Cəlal Hüseynov ÇSKA-ya qarşı 68 dəqiqə oynadı, zədələndi

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Bolqarıstan çempionatında 2024/2025 mövsümünün 6-cı turunun oyunları keçirilib.

Azərbaycanlı futbolçunun komandası bu turda Sofiya ÇSKA-sı ilə qarşılaşıb. Doğma meydanda baş tutan bu oyun “Arda”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hüseynov bu görüşə start heyətdə başlayıb və 68-ci dəqiqədə, hesab 2:0 olarkən əvəzlənib. Buna onun aldığı zədə səbəb olub. Hələlik azərbaycanlı futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir. ÇSKA isə təsəlli qolunu məhz Hüseynov meydanı tərk edəndən sonra, 85-ci dəqiqədə vurub.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 40 rəsmi oyuna çıxıb, 1 qol vurub.

“Arda” 6 turdan sonra 9 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.

Seçilən
43
4
arena.az

6Mənbələr