EN

Rusiya da, NATO-da nüvə cizgilərini tapdalamaqda ehtiyatlı davranırlar

“Financial Times” nəşri yazır ki, Rusiya 2008-2014-cü illərdə Qərbi Avropada yerləşən bir neçə ölkədəki NATO bazalarını nüvə başlıqlı raketlərlə vurmaq üçün strategiya hazırlayıb.

- Rusiya və NATO-nun nüvə doktrinaları bir-birilərinə qarşı soyuq müharibə dövründəki “düşmən” statusunun bərpası formasında inkişaf edib.

- Yəni Rusiya və NATO hər hansı hücum üçün ehtimal ssenariləri işləyib hazırlayıblar ki, bu da qüvvələr balansını test edir,

- Rusiya bəlkə də əvvəllər, dövrlərdə özünün qüvvələr strukturunu NATO-ya nisbətdə güclü və modern kimi qiymətləndirirdi,

- Ona görə də müxtəlif ölkələrə nüvə zərbələri endirməsi planını hazırlaması qarşı tərəfin həmlələrini, genişlənməsini dəfetmə aktı idi. Bir az fərqli desəm, bu proses mümkün nüvə silahının istifadəsinin döyüş meydanından kənarda vizuallaşdırılmasıdır,

- Ancaq nə o zamankı durum, nə də cari vəziyyətə olan qiymətləndirmə belə, hələ nüvə müharibəsi həddinə toxunulmadığını göstərir,

- İstər Rusiya, istərsə də NATO-nun nüvə imkanlarının modernləşdirilməsi, bir-birilərinin sərhədləri yaxınlığında aqressiv ritorikaları onların çəkindirmə imkanlarını tənzimləmək prosesini qeyd edir,

- Ukrayna müharibəsi ilə proses daha da sürətlənib, lakin bu, nüvə silahlarının səhnədə baş rol almasını şərtləndirmir.

- Bununla belə, nüvə silahları və başlığı daşıya biləcək raketlər hər iki tərəfin qürurverici vasitəsi olaraq qalır. Onun istifadəsi o zaman mümkün olur ki, tərəflərdən hər hansı biri digərinə qarşı nüvə və kütləvi qırğın silahlarından, ballistik raketlərdən istifadə düyməsini bassın,

- İndi yayılan iddiada göstərilən tarixlərə qayıdaq, məgər o zaman nüvə hücumu üçün zəruri olan hədd keçilmişdimi? Xeyr, heç indi də bu sərhədlər tapdalanmayıb, Rusiya da, NATO-da nüvə cizgilərini tapdalamaqda ehtiyatlı davranırlar.

- İndiki vəziyyət belə nüvə doktrinasına düşəcək ekzistensial təhlükə yaratmır.

Bir

Aqşin Kərimov

visiontv.az

 

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
50
visiontv.az

10Sources