İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 39 965 nəfərə yüksəlib.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 313 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.
Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlar nəticəsində daha 36 fələstinlinin həyatını itirdiyi, 54 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 39 965-ə, yaralıların sayının isə 92 294 nəfərə yüksəldiyi qeyd edilib.
Dağıntılar altında vÉ™ yol kÉ™narında hÉ™lÉ™ dÉ™ minlÉ™rlÉ™ ölünün olduÄŸu, ancaq Ä°srailin maneÉ™lÉ™ri sÉ™bÉ™bindÉ™n mülki müdafiÉ™ işçilÉ™rinin vÉ™ tibbi qrupların cÉ™sÉ™dlÉ™rin olduÄŸu bölgÉ™yÉ™ daxil ola bilmÉ™diyi vurÄŸulanıb.Â