AZ

İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 41 mini keçib

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 41 467 nəfərə yüksəlib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən yaydığı açıqlamada İsrailin Qəzza zolağına 354 gündür təşkil etdiyi hücumlarla bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun Qəzza zolağında sutka ərzində törətdiyi hücumlar nəticəsində daha 12 fələstinlinin həyatını itirdiyi, 43 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin Qəzza zolağına son 10 gündə endirdiyi zərbələr nəticəsində 285 adamın öldüyü, 641 adamın da yaralandığı vurğulanıb.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 467-yə, yaralıların sayının isə 95 921 nəfərə yüksəldiyi qeyd edilib.

Dağıntılar altında və yol kənarında hələ də minlərlə ölünün olduğu, xalqın sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq məhv edildiyi bildirilir.

 



Seçilən
2
2
trt.net.tr

10Mənbələr