EN

Baş prokuror Yasamal rayonunda vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Baş prokuror paytaxtın Yasamal rayonunda vətəndaşları qəbuledib.

Bu barədə Trend-ə BaşProkurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanlarıtərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onlarınərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçünmüvafiq tədbirlər görülür.

"Avqustun 13-də Baş prokuror Kamran Əliyev Yasamal rayonprokurorluğunun inzibati binasında Bakı şəhərinin Yasamal rayonu vədigər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 49 nəfər vətəndaşın müraciətində konkretcinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədəməlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları vəməhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamınınmüdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və yaaidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlərverilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkrettapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılmasıvə qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdiməsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluqorqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiyatexnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq”informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işindaha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dairtəklifləri dinləyib", - məlumatda qeyd edilib.

Baş
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
4
az.trend.az

10Sources