AZ

Baş prokuror Şəkidə vətəndaşları qəbul edib

Bakı. Trend:

Avqustun 27-də Baş prokuror Kamran Əliyev Şəki rayonprokurorluğunun inzibati binasında Şəki, Oğuz rayon, Mingəçevirşəhər və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Trend xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror xalqımızınÜmummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmışabidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 39 nəfər vətəndaşın müraciətində konkretcinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədəməlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları,məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi,habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeydolunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icraorqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən KamranƏliyev onlara konkret tapşırıqlar verib, vətəndaşlarınmüraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinəgörə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətəçatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasirinformasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən“Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti iləyerində tanış olaraq işin daha da təkmilləşdirilməsi vəsəmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
49
az.trend.az

10Mənbələr