AZ

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edib

Bakı. Trend:

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşları qəbuledib.

Bu barədə Trend-ə BaşProkurorluğun mətbuat xidmətindənb məlumat verilib.

Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanlarıtərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onlarınərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçünmüvafiq tədbirlər görülür.

"Avqustun 23-də Baş prokuror Kamran Əliyev Səbail rayonprokurorluğunun inzibati binasında Bakı şəhərinin Səbail rayonu vədigər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 49 nəfər vətəndaşın müraciətində konkretcinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədəməlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları vəməhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamınınmüdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və yaaidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlərverilib.

Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkrettapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılmasıvə qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdiməsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluqorqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiyatexnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq”informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işindaha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dairtəklifləri dinləyib", - məlumatda qeyd olunub.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
4
az.trend.az

10Mənbələr