EN

İyul ayında əhali geyimə 633 milyon manat xərcləyib

2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində 4 milyard 133,3 milyon manatlıq geyim, toxuculuq və ayaqqabı məhsulları satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-iyul aylarına nisbətən 4,9% çoxdur.

Bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 12,8% faizi geyim, toxuculuq və ayaqqabıların  alınmasına sərf olunub.

Təkcə iyul ayında ərzağa xərclənən vəsaitin məbləği isə 632,8 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
97
1
fed.az

10Sources