AZ

Yeddi ayda əhali içki və siqaretə 1,5 milyard manat xərcləyib

2024-cü ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 474,6 milyon manatlıq siqaret və içki məhsulları satılıb.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-iyul aylarına nisbətən 0,4% çoxdur.

Bu ilin 7 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,6% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.

Təkcə iyul ayında siqaret və içkiyə xərclənən vəsaitin məbləği isə 215 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
2
fed.az

10Mənbələr