7NEWS.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Niger səlahiyyətlilərinin Malidəki hadisə ilə bağlı heç bir araşdırma aparmadan və heç bir sübut təqdim etmədən Ukrayna ilə diplomatik əlaqələri kəsmə qərarının təəssüf doğurduğu bildirilib. Bəyanatda Ukraynanın "beynəlxalq terrorizmi dəstəklədiyi, BMT Nizamnaməsini və beynəlxalq hüququ pozduğu” iddialarının tamamilə əsassız və real olmadığı vurğulanıb.
7NEWS.az