AZ

Ukraynadan Nigerə reaksiya: Rusiya ilə...

Ukrayna Xarici İşlər Nazirliyi Nigerin Ukrayna ilə diplomatik əlaqələri kəsmək qərarının "Rusiya ilə həmrəylik" məqsədi ilə qəbul edildiyini iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, nazirlikdən verilən açıqlamada Niger səlahiyyətlilərinin Malidəki hadisə ilə bağlı heç bir araşdırma aparmadan və heç bir sübut təqdim etmədən Ukrayna ilə diplomatik əlaqələri kəsmə qərarının təəssüf doğurduğu bildirilib.

Bəyanatda Ukraynanın “beynəlxalq terrorizmi dəstəklədiyi, BMT Nizamnaməsini və beynəlxalq hüququ pozduğu” iddialarının tamamilə əsassız və real olmadığı vurğulanıb.

Bəyanatda Ukraynanın ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyi, daxili işlərinə qarışmadığı, Afrika ölkələri ilə məhsuldar əlaqələr saxlamaq əzmində olduğu vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
cebheinfo.az

3Mənbələr