Estoniya hökuməti Moskvanı ABŞ-dan elektronika ilə təmin etməkdə ittiham olunan respublika vətəndaşı Andrey Şevlyakovu Vaşinqtona ekstradisiya etmək qərarına gəlib. Bu barədə yerli medianın məlumatında bildirilir.“Hökumət cümə axşamı, avqustun 1-də keçirilən iclasında Estoniya vətəndaşı Andrey Şevlyakovun ABŞ-a ekstradisiya edilməsi barədə qərar qəbul edib”, - deyə xəbərdə qeyd edilir.Bundan əvvəl Estoniya məhkəməsi ekstradisiya prosedurunu qanuni elan edib. İttihama görə, Şevlyakov Amerika hakimiyyətinin həmin şəxsin şirkətinə qoyduğu qadağaya baxmayaraq, on il ərzində ABŞ-da elektron komponentlər alıb və Rusiyada satıb. Sahibkarın birdəfəlik şirkətlərdən istifadə edərək sanksiyalardan yan keçdiyi iddia edilir.