AZ

ABŞ-də rusiyalı kiber fırıldaqçı həbs edildi

ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalı Pavel Kublitski və Qazaxıstan vətəndaşı Aleksandr Xodırevi kiber fırıldaqçılıq ittihamı ilə həbs edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, müvafiq sərəncam "CourtListener" hüquq portalında yerləşdirilib.

Müstəntiqlərin fikrincə, saxlanılan şəxslər məlumat mübadiləsi və qeyri-qanuni yolla əldə edilmiş məlumatların satışı üçün "WWH" adlı platformanın idarə olunmasında iştirak edirlər.

Şübhəlilər avqustun 6-da Floridada həbs ediliblər. Məhkəmə onların işi üzrə ilk iclası avqustun 9-na təyin edib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
50
teleqraf.com

10Mənbələr