Venesuelanın hüquq-mühafizə orqanları iyulun 28-də keçirilən prezident seçkilərinin nəticələrinə etirazlar edən 750-yə yaxın nümayişçini saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib.
“Bu günə kimi 749 nəfər saxlanılıb, onların işi Baş Prokurorluğa veriləcək”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin şübhəli bilindiyi cinayətlər arasında təkcə ictimai əmlakın dağıdılması deyil, terrorizm və nifrətin qızışdırılması da var.
Saab həmçinin iğtişaşlar zamanı bir hərbçinin öldüyünü təsdiqləyib.